Azərbaycanda narkomanların sayı açıqlanıb

   Azərbaycanda narkomanların sayı açıqlanıb
  17 İyul 2019    Oxunub:3158
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31.dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olub ki, onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Azvision.az -a verilən məlumata görə, onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

2019-cu ilin 6 ayı ərzində 2557 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 1276 nəfərdə narkotikdən istifadə aşkarlanıb, onlar müvafiq qeydiyyata götürülüb.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti