“Nissan”la piyadanı vurub öldürdü

“Nissan”la piyadanı vurub öldürdü
  20 İyul 2019    Oxunub:1929
Tovuz şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 19-da saat 22 radələrində Tovuz şəhərinin ərazisində şəhər sakini A.Abdullayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qədirli kənd sakini Məhəmməd Həsənovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti