2,496 borclunun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb

   2,496 borclunun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb
  20 İyul 2019    Oxunub:2638
Hesabat dövründə 2.496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 8.210 şəxsin üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb ki, bu da ötən dövrlərlə müqayisədə 4 dəfə çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində məhkəmə və digər orqanların qərarlarının icrası, o cümlədən məhkəmənin müəyyən edilmiş fəaliyyət qaydasının təmin edilməsi sahəsində 2019-cu ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib.

Qeyd olunub ki, belə məhdudlaşdırmanın olub-olmamasını öyrənmək məqsədilə nazirlik tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-ci ilin birinci yarımilində də artaraq 1 milyona yaxın olub.

Azvision.az


Teqlər: Ədliyyə  





Xəbər lenti