8 qoyunu oğurlayan dəstə tutuldu

8 qoyunu oğurlayan dəstə tutuldu
  20 İyul 2019    Oxunub:2088
Qusar rayonu Gədəzeyxur kənd sakinləri B.Seyidov və İ.Hacəliyev Rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus 8 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı bildiriblər.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri, 37 yaşlı Famil Kəlbəliyev, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşlar 55 yaşlı Allahverdi Nəzərov və 45 yaşlı Mahir Nəcəfov saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Faktlarla əlaqədar Qusar RPŞ-nin TB-də araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti