Qaradağda 8 otaqlı evdə yanğın olub

Qaradağda 8 otaqlı evdə yanğın olub
  20 İyul 2019    Oxunub:1720
Bakının Qaradağ rayonu ərazisində yerləşən ikimərtəbəli 8 otaqlı evdə yanğın hadisəsi baş verib.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyünün, tavanının yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti