Masallıda 100 ədəd çinar ağacı yanıb

  21 İyul 2019    Oxunub : 834
Masallıda 100 ədəd çinar ağacı yanıb
Masallı rayonunun Qızılavar kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 320 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, damına yığılan 8 ton ot bağlamasının 3 tonu və ərazidə 100 ədəd çinar ağacı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın