Biləsuvar sakini bibisi oğlu və dostunu güllələyib

  22 İyul 2019    Oxunub : 932
Biləsuvar sakini bibisi oğlu və dostunu güllələyib
İyulun 20-də Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan E.Zeynalov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə oraya gəlmiş Sumqayıt şəhər sakinləri - bibisi oğlu C.Məmmədova və onun dostu N.İsmayılova xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Zeynalov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olan “İJ-27E” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN