Hacıqabul rayonunun Abdulabad kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.