Meşəldə narkotik əkən dəstə ələ keçdi - FOTOLAR
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Gərəkli kənd sakinləri Eşqin və Dibirov Motuxov qardaşları, Anar Umarov, Oqtay Gülüyev, Araz Quliyev, Rasim Xəlilov, həmçinin Balakən şəhər sakini Natiq Dibirov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Saxlanılan şəxslər ifadələrində əvvəlcədən bir qrup şəxs halında birləşərək, meşəlik ərazidə narkotik tərkibli bitkiləri yetişdirib, daha sonra qazanc əldə etmək məqsədilə satmaq istədiklərini bildiriblər. Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Azvision.az