Maşın oğurlayan Bakı sakini saxlanılıb

Maşın oğurlayan Bakı sakini saxlanılıb
  24 İyul 2019    Oxunub:2149
İyulun 22-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisindən qəsəbə sakini E.İbadullayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Azvision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev iyulun 23-də avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Maşın  





Xəbər lenti