Bakıda daha bir nəfər dənizdə batıb - Yenilənib

Bakıda daha bir nəfər dənizdə batıb -  Yenilənib
  25 İyul 2019    Oxunub:2769
Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1 nəfərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sahildə aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Azvision.az -a FHN-dən məlumat verilib.

***
(22:15)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Dəniz   Çimərlik  





Xəbər lenti