7 nəfər köməksiz vəziyyətdə qaldı

7 nəfər köməksiz vəziyyətdə qaldı
  25 İyul 2019    Oxunub:1465
Gəncə şəhərinin Nizami rayonunda ikisi azyaşlı olmaqla 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Digər məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az




Teqlər: FHN  





Xəbər lenti