Bakıda qardaş bacısını bıçaqlayıb

 Bakıda qardaş bacısını bıçaqlayıb
  25 İyul 2019    Oxunub:1781
İyulun 24-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində paytaxt sakini B.Əliyev münaqişə zəminində bacısı Səbinənin qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirib.
Azvision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Bıçaqlanma  





Xəbər lenti