Məcburi köçkünlərin yaşadığı evdə yanğın olub

   Məcburi köçkünlərin yaşadığı evdə yanğın olub
  25 İyul 2019    Oxunub:1573
Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Bərdə   Yanğın  





Xəbər lenti