36 nəfər yanaraq ölüb, 23 partlayış olub - 6 ayın statistikası

   36 nəfər yanaraq ölüb, 23 partlayış olub -    6 ayın statistikası
  25 İyul 2019    Oxunub:1908
2019-cu ilin I yarımilliyi ərzində respublika ərazisində 7141 təbii və texnogen mənşəli hadisə baş verib.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, bu, 2018-ci ilin I yarımilliyi ilə müqayisədə 327 hadisə və ya 5% çoxdur.
Cari ilin 6 ayı ərzində baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 49 nəfər həlak olub, 178 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 43 nəfər xilas edilib, 874 nəfər təxliyə olunub.

Müvafiq dövr ərzində respublika ərazisində 91 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 133 nəfər təxliyə olunub.

2019-cu ilin I yarımilliyi ərzində respublika ərazisində 7050 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2018-ci ilin I yarımilliyi ilə müqayisədə 317 hadisə və ya 5% çoxdur.

Bundan əlavə, texnogen mənşəli hadisələr nəticəsində 47 nəfər həlak olub, 178 nəfər xəsarət alıb ki, bu da 2018-ci ilin I yarımilliyi ilə müqayisədə həlak olanlar üzrə 15 nəfər və ya 24% azdır, xəsarət alanlar üzrə 60 nəfər və ya 51% çoxdur.

2019-cu ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1140 olub.

Yanğın hadisələri zamanı 36 nəfər həlak olub, 116 nəfər xəsarət alıb, bu da ötən ilin I yarımilliyi ilə müqayisədə yanğından həlak olanlar üzrə 18 nəfər və ya 33% azdır, xəsarət alanlar üzrə 30 nəfər və ya 35% çoxdur.

6 ay ərzində respublika ərazisində 23 partlayış hadisəsi baş verib. Bu da 2018-ci ilin I rübü ilə müqayisədə 2 hadisə və ya 10% çoxdur. Partlayışlar zamanı 8 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.


Azvision.az



Teqlər: FHN  





Xəbər lenti