Şamaxının Çöl Göylər kəndində “КамАЗ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 15 ton ot bağlamasının 8 tonu yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.