ADIF-dən
Azvision.az -a verilən məlumata görə, “Banklar haqqında” Qanunun 82.1.5-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 6 aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əməkhaqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş iyulun 29-dan başlanacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri, Babək prospekti, 16) müvafiq sənədlərlə (bank rekvizitləri göstərməklə) müraciət etmək lazımdır.
Azvision.az