Sumqayıtda bir nəfər dənizə düşüb

Sumqayıtda bir nəfər dənizə düşüb
  26 İyul 2019    Oxunub:1597
Sumqayıt şəhərində bir nəfər qeyri-çimərlik (nəzarətsiz) ərazidə dənizə düşüb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Sumqayıt   Dəniz  





Xəbər lenti