Qadın sürücü “KİA” ilə 3 yaşlı uşağı öldürdü - Çimərlikdə faciə

   Qadın sürücü “KİA” ilə 3 yaşlı uşağı öldürdü -    Çimərlikdə faciə
  26 İyul 2019    Oxunub:2445
İyulun 25-də saat 17 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini G.Müslümova “KİA” markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini 3 yaşlı Əliağa Mustafayevi vurub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti