Avtoyuma məntəqəsindən maşın qaçırıldı

Avtoyuma məntəqəsindən maşın qaçırıldı
  26 İyul 2019    Oxunub:2236
İyulun 25-də Bakı şəhər sakini F.Həsənov Yasamal polisinə müraciət edərək həmin gün saat 9 radələrində rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “Audi” markalı avtomobilinin qaçırılmasını bildirib.
Azvision.az xəbər verir ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Ə.Abbasov Biləcəri qəsəbəsinin ərazisində avtomobillə birlikdə saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Maşın  





Xəbər lenti