3 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi açıldı

3 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi açıldı
  26 İyul 2019    Oxunub:2293
İyulun 25-də paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bavarius” istirahət mərkəzinin avtomobil dayanacağında 1974-cü il təvəllüdlü Gülnarə Müslümovanın “Kia Sportage” markalı 90-DP-574 dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərəkən 2016-cı il təvəllüdlü Əlisafa Mustafayevi vurub, sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Bildirilib ki, faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Polis   Prokurorluq   Ölüm   Uşaq   Maşın  





Xəbər lenti