Tovuzda yanğın olub, bir nəfər xəsarət alıb

Tovuzda yanğın olub, bir nəfər xəsarət alıb
  27 İyul 2019    Oxunub:2249
Tovuz rayonunun Çatax kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 180 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və damına yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti