25 nəfər dərmandan, 16-sı sirkə turşusundan zəhərlənib

  25 nəfər dərmandan, 16-sı sirkə turşusundan zəhərlənib
  27 İyul 2019    Oxunub:3035
Sirkə turşusu zəhərlənməsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edənlər əsasən intihara cəhd edən qadınlardır.

Bunu Azvision.az -a açıqlamasında şöbənin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, sirkə turşusu zəhərlənməsi ilə ilin əvvəlindən 16 nəfər şöbəyə müraciət edib.
Bundan əlavə, 25 nəfər dərmanlara həssas olan insanlar allergik reaksiya ilə müraciət edib ki, onlardan 7 nəfər intihara cəhd etmək üçün dərman içib. Dərmandan zəhərlənənlər arasında qadınlarla yanaşı, kişilər də olub. Ölüm faktı qeydə alınmayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azər-Maqsudov  





Xəbər lenti