Göyçay sakini bir metrlik ilan öldürüb - FOTO

   Göyçay sakini bir metrlik ilan öldürüb -    FOTO
  27 İyul 2019    Oxunub:5129
Göyçayda ilan yerli sakinin evinə hücum edib.
Azvision.az xəbər verir ki, hadisə dünən saat 21:30 radələrində baş verib. Göyçay rayonunun Birinci-Ərəbcəbirli kənd sakini Cavid Həşimov həyətində aşkar etdiyi bir metrlik ilanı zərərsizləşdirmək üçün öncə avtomobil ilə üzərindən keçib, sonra çomaq vasitəsilə onu öldürüb.

Sakinin sözlərinə görə, əvvəlcə zəhərli ilanı həyətlərində görəndə qorxuya düşüb. Lakin özünü itirmədən ilanı öldürmək qərarına gəlib.

Qeyd edək ki, son vaxtlar havanın istiləşməsi ilə əlaqədar Göyçayda ilanlara tez-tez rast gəlinir.



Davud Tarverdiyev
Azvision.az


Teqlər: Göyçay   İlan  





Xəbər lenti