Beyləqan sakini həmkəndlisini bıçaqladı

Beyləqan sakini həmkəndlisini bıçaqladı
  27 İyul 2019    Oxunub:1828
İyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, E.Əliyarov xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN   Bıçaqlanma   Beyləqan  





Xəbər lenti