Sumqayıtda qəza - 37 yaşlı qadını maşın vurdu

      Sumqayıtda qəza    - 37 yaşlı qadını maşın vurdu
  28 İyul 2019    Oxunub:2607
Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, "Mercedes" markalı avtomobil Niyazi küçəsində yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Elnarə Əliyevanı vurub. Avtomobil daha sonra yolun kənarındakı ağaclara çırpılıb.

Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Sumqayıt   Qəza  





Xəbər lenti