Ağstafada maşın dərəyə aşıb, yaralılar var - (Yenilənib)

   Ağstafada maşın dərəyə aşıb,    yaralılar var - (Yenilənib)
  29 İyul 2019    Oxunub:2496
Ağstafa rayonunun Dağ Kəsəmən kəndində minik avtomobilinin dərəyə aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub.
Bunlar rayonun Dağ Kəsəmən kənd sakinləri - Xəlilov Sərxan İmran oğlu (1994), İbrahimov Məhəmməd Kamil oğlu (1996) və Musayev Sərxan Bəhmən oğludur (1993).

Hər üç yaralı Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Onlardan birinin vəziyyəti ağır, digərlərininki isə orta-ağır qiymətləndirilir.

***
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

Rayonun Dağ Kəsəmən kəndi ilə hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. (Report)

Azvision.az



Teqlər: Ağstafa   Maşın   Qəza  





Xəbər lenti