Bakıda ağır yol qəzası - 6 nəfər yaralandı

   Bakıda ağır yol qəzası -    6 nəfər yaralandı
  29 İyul 2019    Oxunub:2830
Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus yük avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 7:42 də daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.

Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qəza   Səhiyyə  





Xəbər lenti