27 yaşlı azərbaycanlının qətlinin görüntüləri - VİDEO

   27 yaşlı azərbaycanlının qətlinin görüntüləri -    VİDEO
  29 İyul 2019    Oxunub:13222
Xəbər verdiyimiz kimi, ötən gün Rusiyada 27 yaşlı azərbaycanlı qətlə yetirilib.

Azvision.az xəbər verir ki, hadisə İvanov şəhərindəki Puşkin meydanına yerləşən “Rokko” barında baş verib. Barda düşən dava zamanı azərbaycanlı güllələnərək öldürülüb.
Hadisənin təfərrüatları hələlik məlum deyil. Yayılan kadrlardan görünür ki, qatil azərbaycanlının baş nahiyəsinə odlu silahdan atəş açıb.

Məluma görə, qətlə yetirilən azərbaycanlı Quba rayonunun Talabıqışlaq kəndindən olan Fazil Balayevdir. Rusiyada ticarətlə məşğul olan 27 yaşlı Balayev subay olub. Onun valideynləri Talabıqışlaq kəndində yaşayır. Cənazəsi bu gün doğma kəndinə gətirilərək orada dəfn olunacaq.



Azvision.az



Teqlər: Rusiya   Qətl   Bar   Dava  





Xəbər lenti