Qəzaya düşənlərə qoyulan diaqnoz səhv çıxdı

  Qəzaya düşənlərə qoyulan diaqnoz səhv çıxdı
  29 İyul 2019    Oxunub:2652
Bakının Zirə qəsəbəsində qatarın taksini vurması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə beyin travması aşkarlanmayıb.

"Vəziyyətləri normaldır. Ambulator müalicəyə buraxılıblar".

Qeyd edək ki, bu gün günorta saatlarında Bakının Zirə qəsəbəsində qatar taksini vurub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. İlkin məlumatda qəzaya düşən 22 yaşlı qız və 20 yaşlı oğlanda kəllə beyin travmasının aşkar edildiyi bildirilirdi.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Qəza  





Xəbər lenti