Bakıda klarnet ifaçısı toyda öldü

   Bakıda klarnet ifaçısı toyda öldü
  30 İyul 2019    Oxunub:4428
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş tutan toy məclisində klarnet ifaçısı qəfildən dünyasını dəyişib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, Vaqif Zabratlı adıyla tanınan klarnet ifaçısının halı pisləşib və o, təcili tibbi yardım xidməti gələnə qədər keçinib.

Xəbəri həmin vaxt məclisdə olan müğənni Sevinc Bünyadova da təsdiqləyib. Onun sözlərinə görə, V.Zabratlı ürək çatışmazlığından əziyyət çəkirmiş.

Azvision.az



Teqlər: Toy   Klarnet   Ölüm  





Xəbər lenti