İmişlidə fermada yanğın olub

İmişlidə fermada yanğın olub
  30 İyul 2019    Oxunub:2602
İmişli rayonunun Otuziki kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1700 m² olan fermanın dam örtüyünün taxta atmaları 150 m² sahədə və fermanın içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Azvision.az



Teqlər: FHN   Yanğın   Ferma  





Xəbər lenti