Rusiyada iki azərbaycanlı yol qəzasında ölüb

   Rusiyada iki azərbaycanlı yol qəzasında ölüb
  30 İyul 2019    Oxunub:2835
İyulun 29-da səhər saatlarında Rusiyanın Rostov vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, Azərbaycan vətəndaşı Allahverdili Eşqin Elxan oğlunun idarə etdiyi 20-EB-289 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Rusiya vətəndaşı Demçenko Aleksandr Nikolayeviçin idarə etdiyi yük maşını ilə toqquşub.

Qəza nəticəsində sürücü E. Allahverdiyev və sərnişini Musayeva Zəmanə İsmayıl qızı həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Rusiya   Qəza  





Xəbər lenti