Nabranda bir nəfər dənizdə batıb, ikisi xilas edilib

  Nabranda bir nəfər dənizdə batıb, ikisi xilas edilib
  02 Avqust 2019    Oxunub:2683
Xaçmaz rayonunun Nabran kəndində bir nəfər dənizdə batıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Digər məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Hövsan sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Azvision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti