Bakıda avtobus qəzaya düşdü: Ölən və yaralılar var

Bakıda avtobus qəzaya düşdü:    Ölən və yaralılar var
  02 Avqust 2019    Oxunub:2941
Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. R.Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik maşını toqquşub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətləri orta-ağırdır.

Azvision.az



Teqlər: Avtobus   Qəza  





Xəbər lenti