Qəbələdə qətl: Həmkəndlisini yumruqla öldürdü

 Qəbələdə qətl:  Həmkəndlisini yumruqla öldürdü
  03 Avqust 2019    Oxunub:3080
Cari ilin iyulun 31-də Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində kənd sakini Teymur Səfərçinovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Onun kliniki ölüm keçirməsi bildirilib və avqustun 1-də kənd qəbristanlığında dəfn edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla həmin gün qeyd edilən kəndin ərazisində T.Səfərçinovla həmkəndlisi N.Rəhimov arasında münaqişə baş verməsi və sonuncunun onu (baş nahiyəsinə) yumruqla vurduğundan ölməsi müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Rəhimov tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN   qətl  





Xəbər lenti