Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Axtaçı kənd sakini İ.Əhmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu aşkarlanıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onun yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəng də aşkar edilərək götürülüb.