FHN “Sədərək”dəki yanğınla bağlı məlumat yaydı - Yenilənib

  05 Avqust 2019    Oxunub : 5227
 FHN “Sədərək”dəki yanğınla bağlı məlumat yaydı - Yenilənib
Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azvision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.​

***

Sədərək” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Azvision.az xəbər verir ki, müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahə yanıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 25-dən çox yanğınsöndürən maşın, 120-dən çox yanğınsöndürən cəlb olunub. Hadisənin səbəbləri barədə araşdırma aparılır.

***
Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

Nazirlikdən Azvision.az - verilən məlumata görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az

Teqlər: Yanğın   Sədərək