“VAZ 2109” üç piyadanı vurub, biri ölüb

“VAZ 2109” üç piyadanı vurub, biri ölüb
  05 Avqust 2019    Oxunub:1480
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə Nabran istirahət zonasında qeydə alınıb. Belə ki, “VAZ 2109” markalı nəqliyyat vasitəsi üç piyadı vurub.

Xəsarət alanlardan biri - Xaçmaz rayonunun İstisu qəsəbə sakini, 1997-ci il təvəllüdlü Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan digər iki nəfərə isə tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti