Bakıda yanğın olub, beş nəfər təxliyə edilib

Bakıda yanğın olub, beş nəfər təxliyə edilib
  05 Avqust 2019    Oxunub:1576
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində binanın şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 paqonometrdə yanıb.

Yanğın zamanı 5 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti