Sumqayıtda baş verən yanğın söndürülüb - Yenilənib

Sumqayıtda baş verən yanğın söndürülüb -  Yenilənib
  05 Avqust 2019    Oxunub:2740
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda zavod ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.
Azvision.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən zavodun ərazisində baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Sumqayıt şəhərində İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti