Ər qəza törətdi, arvadı öldü

Ər qəza törətdi, arvadı öldü
  05 Avqust 2019    Oxunub:2248
Avqustun 4-də saat 9 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Hüseynov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanan həmyerlisi A.Ələkbərova məxsus “AzSamand” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə A.Ələkbərovun sərnişinlərindən arvadı Nurlanə hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti