Sumqayıtda 10 yaşlı qızın başına ağac düşüb

Sumqayıtda 10 yaşlı qızın başına ağac düşüb
  05 Avqust 2019    Oxunub:2360
Sumqayıt şəhəri, 12-ci mikrorayonda ağac budaqları sınaraq 10 yaşlı qızın başına düşüb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt şəhər Xəstəxanasına çatdırılan qıza qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub.

Hazırda onun reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Azvision.az



Teqlər: Sumqayıt   Qız   Ağac  





Xəbər lenti