Güclü külək səbəbindən 3 nəfər ağır xəsarət alıb

  Güclü külək səbəbindən 3 nəfər ağır xəsarət alıb
  05 Avqust 2019    Oxunub:1520
Güclü külək nəticəsində Sumqayıt şəhəri ərazisində 10 yaşlı qızın başına ağac budaqları qırılaraq tökülüb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır.

Paytaxtın Səbail rayonunda Filarmoniya bağının yaxınlığında küləkdən ağacın budağı qırılaraq 20 yaşlı qadının üstünə düşüb. Təcili Yardıma çağırış 12:05 də daxil olub. Qadın KTM-ə çatdırılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qaradağ rayonu Sahil qəsəbəsi, 63 yaşlı kişinin başına ağac budaqları qırılıb düşüb. Təpə nahiyəsinin və burunun cırılmış yarası xəsarəti alan vətəndaşa yerində yardım göstərilib. Şəxs hospitalizasiyadan imtina edib.

Azvision.az



Teqlər: Külək  





Xəbər lenti