Bilgəhdə maşından 14 min manat oğurlanıb

Bilgəhdə maşından 14 min manat oğurlanıb
  05 Avqust 2019    Oxunub:1642
Avqustun 3-də saat 1 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Cəbibəyliyə məxsus “BMW” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 4800 manat, 4300 ABŞ dolları və 1100 avro pul oğurlanıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti