DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı

DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı
  06 Avqust 2019    Oxunub:1878
Avqustun 5-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi “Mercedes” və N.Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti


Teqlər: DİN   Qəza  





Xəbər lenti