Yolu keçən iki piyadanı maşın vurub öldürdü

Yolu keçən iki piyadanı maşın vurub öldürdü
  06 Avqust 2019    Oxunub:1761
Avqustun 5-də Abşeron rayonu ərazisində Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurub.
Azvision.az -ın məlumatına görə, xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Piyadanın vurulması ilə nəticələnən digər hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Binnətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Azvision.az



Teqlər: Piyada   Qəza  





Xəbər lenti