FHN köməksiz qalan 2 nəfəri xilas edib

FHN köməksiz qalan 2 nəfəri xilas edib
  07 Avqust 2019    Oxunub:1500
Bakı şəhərinin Nərimanov və Qaradağ rayonlarında ayrı-ayrı ünvanlarda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşlara müvafiq köməklik göstərib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti