Daha 3 piyada yol qəzasının qurbanı oldu

Daha 3 piyada yol qəzasının qurbanı oldu
  07 Avqust 2019    Oxunub:2118
Avqustun 6-da saat 17 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa, avqustun 5-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Kazımov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Rəvan Abdinovu vurub və piyada aldığı xəsarətlərdə hadisə yerində ölüb.

Anoloji hadisə Ağstafa rayonunun Muğanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağstafa rayonunun Muğanlı kəndi ərazisində kənd sakini Ş.Bayramov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmkəndlisi Faiq İbrahimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti