FHN-ə daxil olan məlumat yanlış çıxdı

FHN-ə daxil olan məlumat yanlış çıxdı
  08 Avqust 2019    Oxunub:1697
Bakıda 9 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, dərhal nazirliyin yanğından mühafizə bölmələri paytaxtın Azadlıq prospektində yerləşən həmin ünvana gəlib. Lakin həmin yerdə heç bir yanğının olmadığı müəyyən edilib. FHN-in qaynar telefon xəttinə edilən çağırış yanlış olub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti